İranda bizim ölkəmizə Azərbaycan demirlər. Onların rəsmiləri bizə Bakı höküməti, İlham Əliyevə də "Rəisi huküməte Bakı"-deyirlər. Prezident rəsmi səfər edəndə Azərbaycan deyirlər, o da canları çıxa-çıxa. Tarixçiləri Azərbaycanı şərh edərkən "Aran" deyirlər. Son zamanlar rəsmi tədbirlərdə o tay Azərbaycana da şimal -qərb vilayəti və s.deyirlər. Azərbaycan adını yavaş-yavaş çıxarırlar çıxışlarında. İnsanlara isə bizləri ruslaşmış, rus dilində danışan, fərqli mədəniyyətli, soyuq, yabanı insanlar tanıdırlar. Amma bizim camaat oranı 10 gündür gündəm edib, farslara ağlaşırlar. Maşallah, hamı oxumamış politoloqdur. Nə olsun ki, özümüzə gələndə siyasətə qarışmırlar?! 🙄😕
Mətbuat xidmətinin MƏLUMATI 08.09.2020 Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilmişdir. İstintaqla müəyyən ...