-Deməli Salyan rayonunun Yenikənd kəndində 1982-ci il təvəllüdlü Gülnar Məmmədova qida zəhərlənməsindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək olmayıb. Həyatını itirən 36 yaşlı qadının qarpız və pamidordan zəhərləndiyi deyilir. Azərbaycan televiziyaları gecə-gündüz təbliğat aparırır ki, Almaniyayının səhiyyə sistemi çökür. Sosial şəbəkələrdə ölkənin səhiyyə sisteminin yararsız vəziyyətə düşdüyünü yazanda Almaniyada müalicə olunan Azərbaycanın səhiyyə naziri hövlənak açıqlama verdi ki, kim deyir Azərbaycanda səhiyyə xidməti zəifdir? Qoy Bakıya gəlim onlara göstərəcəyəm! Doğrusu bilmirəm nazir gələndən sonra nə göstərdi? Amma 36 yaşlı Gülnar Məmmədova qida zəhərlənməsi kimi məişət xəstəliyindən həyatını itirdi. Bir neçə həftə öncə isə Şirvanda eyni sindromu keçirmiş 6 yaşlı vətəndaşını xilas etmək üçün Almaniya Bakıya təcili yardım təyyarəsi göndərib uşağı Federal Respublikaya apardı və körpənin həyatını xilas etdi. Bu ali məqsəd üçün Berlin 200-300 min avro xərcləməkdən çəkinmədi. Bakıda 5 ay əvvəl Narkoloji dispanserdə 25 çarəsis xəstə dispanserlə birlikdə yanıb külə döndü. Dövlətin 100 milyonlarla pul ayırdığı, milyard manatlarla avadanlıq aldığı Səhiyyə nazirliyi və Fövqəladə hallar nazirliyi bir mərtəbə binada yanan xəstələri xilas edə bilmədilər. 2017-ci ilin dekabrında itkin düşən alpinistlərin meyidi yalnız may ayında, yəni qar əriyəndən sonra aşkarlandı. 40 mərasimi yenicə çıxmış Sumqayıtlı iki yeniyetmənin cənazəsi nə az, nə çox 37 gün rezen qayıqda Xəzər sularında dolaşdı. Və 37 gündən sonra rezen qayıqda 5-6 ildən sonra əsgər olub Vətənə xidmət edəcək iki yeniyetmənin köməksizlikdən cansızlaşmış cəsədləri xilasedicilər tərəfindən deyil, neftçilər tərəfindən tapıldı. Bəs hanı sizin yüz milyonlarla dollar vəsait hesabına yaradığınız xilasedicilər şəbəkəsi, Xəzər hövzəsindəki fövqəladə hallar üçün nəzərdə tutulmuş katerləriniz, axtarış helikopterləriniz. Almaniya 3 min km məsafədən təcili yardım təyyarəsi göndərib 6 yaşlı uşağın həyatın xilas edə bilir, Siz isə ehtiyatsızlıqdan küləyin səmtini dəyişdirmiş rezen gəmidə 37 gün dolanan iki yeniyetmənin meyitini belə tapa bilmirsiniz. Yekə-yekə 5 ildir kosmik peykimiz orbittə cövlan vurur deyirsiniz. Yarım milyard manatdan çox vəsait hesabına orbitə çıxmış bir kosmik peyk ölkənin ərazi sularında iki cansız sərnişinlə 37 gün dolalanan rezin qayığın yerini müəyyən edə bilmirsə, onda bəs bu rabitə peyki orada nə avaralanır?
Yorumlar